Vardanyan Xankəndinə qayıtsa, demək, istifadə müddəti hələ bitməyib


Ruben Vardanyan müstəqil fiqur deyil.


AFN.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiya xüsusi xidmət strukturları Vardanyanın Rusiyadakı maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər: "Ruben Vardanyanı ötən ilin sentyabr ayında Qarabağa göndərən Moskva onun geri qaytarılıb-qaytarılmamasına da qərar verəcək. Onu Rusiya vətəndaşlığından məhrum etdikləri kimi, lazım bildikləri halda vətəndaşlığa bərpa edə də bilərlər. Ruben Vardanyanın hazırda Moskvada olduğu bildirilir, məsləhətləşirlər".
E.Şahinoğlunun sözlərinə görə, əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə göndərsələr, demək, Moskva bu separatçını hələ Azərbaycan ərazisində istifadə etmək istəyir.

Qeyd edək ki, Qarabağdakı qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan Moskvaya çağırılıb. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Bu günlərdə o, hələ də Moskvadadır. Görünür, onu da Qarabağın daxili siyasi problemlərini müzakirə etmək və mövcud vəziyyətin həllini tapmaq üçün dəvət ediblər" - deyə qəzet bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu