ŞOK OLAY! Məxfi sənədlərin hamısı Baydenin ofisindən çıxdı
ABŞ-da gündəm Co Baydendir... Huşsuzluğu ilə məşhur olan ABŞ prezidenti Co Baydenin başı bu dəfə məxfi sənədlərlə dərddədir.
Musavat.com xəbər verir ki, ölkə mətbuatında çıxan xəbərlərə görə, məxfi sənədlər Baydenin əvvəlki ofisində tapılıb.
Sənədlərin prezidentin 2017-ci ildən 2019-cu ilə qədər istifadə etdiyi bağlı kabinetdə tapıldığı bildirilir. Sözügedən sənədlər Obama dövrünə aiddir.
Ağ Evin bəyanatında deyilir ki, ABŞ Ədliyyə Departamenti prezidentin Vaşinqton ofisində tapılan potensial məxfi sənədləri yoxlayır.
Prezidentin xüsusi müşaviri Riçard Sauber etiraf kimi bəyanatla çıxış edib. Sauber qeyd edib ki, məxfi məlumatları ehtiva edən bir yox, bir neçə sənəd var. Sauber qeyd edib ki, sənədlər tapılan kimi Baydenin şəxsi vəkilləri Ağ Ev və ştatın milli arxiv agentlikləri ilə əlaqə saxlayıb.
Xatırladaq ki, Bayden ötən müddətdə iqamətgahından gizli sənədləri özü ilə aparan Trampı məsuliyyətsizlikdə ittiham edib.
İndi ABŞ bunun məsuliyyətsizlikdən, yoxsa unutqanlıqdan qaynaqlandığını müzakirə edir.