Baydenin evindən və ofisindən tapılan məxfi sənədlərlə bağlı ifadəsi alınacaq


ABŞ prezidenti Co Baydenin evində və ofisində tapılan məxfi sənədləri araşdıran prokurorlar bir aya yaxındır ki, prezidentin komandası ilə onun hansı şərtlərlə ifadə verə biləcəyi ilə bağlı danışıqlar aparırlar.


"NBC News"un mövzuya yaxın mənbələrə istinadən xəbərinə görə, vitse-prezident olduğu dövrə aid gizli sənədləri evində və ofisində tapılan Baydenin vəkilləri ilə xüsusi səlahiyyətli prokuror Robert Hurun ofisində bir aya yaxındır ki, istintaq çərçivəsində prezidentə hansı sualların veriləcəyi, bunun nə vaxt və harada edilə biləcəyi müzakirə olunur.

Mənbələr tərəflərin görüşün üz-üzə olub-olmayacağı, üzbəüz harada keçiriləcəyi və Baydenə hansı sualların veriləcəyini müzakirə etdiklərini bildiriblər.

Ağ Ev və Baydenin vəkilləri hələlik mövzu ilə bağlı açıqlama verməyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu