Ofisində məxfi sənədlər tapılan Baydendən ilk açıqlama: "...Təəccübləndim"
ABŞ prezidenti Co Baydenin vitse-prezident olduğu dövrə aid məxfi sənədlərin onun ofisindən tapılması ABŞ mediasının gündəmində bir nömrəli məsələdir.
Hadisədən sonra açıqlama verən Bayden bildirib ki, şəxsi kabinetində məxfi sənədlərin tapıldığını və sənədlərin nədən ibarət olduğunu bilməməsi onu təəccübləndirib. O, vəkillərinin edilməsi lazım olanı etdiklərini bildirib.
ABŞ prezidenti Meksika Prezidenti Andres Manuel Lopez Obrador və Kanada Baş naziri Castin Trudeau Şimali Amerika Liderlər Zirvəsi çərçivəsində bir araya gəldikləri Meksikanın paytaxtı Mexikoda ortaq mətbuat konfransı keçirib. Vaşinqtondakı Penn Bayden Diplomatiya və Qlobal İştirak Mərkəzində şəxsi ofisindən məxfi sənədlərə toxunan Bayden vəkillərinin sənədləri möhürlənmiş qutuda tapdıqlarını söylədi. Prezident Milli Arxivlər və Qeydlər İdarəsinə (NARA) məlumat verildiyini deyib. “Həmin idarəyə aparılan sənədlər arasında dövlət qeydlərinin olduğunu öyrənəndə təəccübləndim, amma sənədlərin məzmununu bilmirəm” - deyə Bayden bildirib. Vəkilləri ona sənədlərlə bağlı suallar verməməyi tövsiyə ediblər.