Plastik əməliyyat üçün ölkəmizə gələn əcnəbi pasiyentlər çoxalıb - Vüqar Ələkbərov+FOTOLAR


Bütün dünyada olduğu kimi, Azərbaycanda da plastik cərrahiyyəyə maraq yüksək səviyyədədir. İnternetin və nəqliyyat imkanlarının sayəsində hətta vəziyyət o həddədir ki, insanlar estetik əməliyyat üçün başqa ölkələrdə belə cərrah bəyənir, ona müraciət edirlər.


Azərbaycan plastik cərrahlarının bu sahədə fəaliyyəti, inkişafı heç də inkişaf etmiş ölkələrdən geri qalmır. Ölkəmizdə tanınan, elit təbəqənin ən çox müraciət etdiyi plastik cərrahlardan biri də Dr. Vüqar Ələkbərovdur. Ziyarətimiz zamanı klinikanın təmizliyi, qeydiyyatda xoş qarşılanma, gözləmə zamanı çay kofe təklifi və həkimin nəzakətli davranışları bizdə musbət təəssürat yaratdı.
Gözləmə otağında pasiyentlərin həkimdən razı olduğu da aralarındakı söhbətdən hiss olunurdu. Klinikada tanışlıq zamanı ən son texnologiyalardan istifadə olunduğunun şahidi olduq. Vaser cihazı, Lipomatik 7 cihazı, əməliyyatdan sonra xəstəyə qulluq üçün lazer aparatları ən müasir tibbi avadanlıqlardandır. Vüqar həkimlə söhbətimiz zamanı bəlli oldu ki hər zaman öz üzərində işləyir. Yanvar ayı içərisinda Fransada və Almaniyada 3 beynəlxalq kongresdə iştirak edəcək. Həkim eyni zamanda bildirdi ki, 2022-ci ildə xaricdən estetik əməliyyat üçün müraciət edən pasientlərin sayında ciddi artım müşahidə edilib.

Fotolarda Vüqar həkim və İngiltərə, İrlandiya, Rusiyadan gələn əcnəbi pasiyentləri:












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu