Oriental rəqqasə Tanyelinin son görüntüsü sosial medianı silkələdi - FOTOLAR
Oriental rəqsi ilə öz dövrünə damğasını vuran Tanyeli yenə adından söz etdirməyi bacarıb - bu dəfə verdiyi çəki ilə.
Məşhur rəqqasə 99 kilo çəkidə olanda mədəsini əməliyyat etdirib. Tanyelinin son durumu heyrətləndiricidir.
"Dance With Me", "Turkish Belly Dances" və "Dance Queens" adlı albomları ilə rəqs aləminə səs salan Tanyeli oriental şou ilə həmin dövrlərə damğasını vurub. Hazırda ailəsi ilə Avstraliyada yaşayan Tanyeli artıq çəkisindən xilas olmaq üçün əməliyyat olunmaq qərarına gəlib və bunun üçün İstanbulda olub. O, mədə əməliyyatından sonra sürətlə arıqlayaraq fit görünüş qazanıb.
Son zamanlar sosial media hesabından aktiv istifadə edən Tanyeli son görünüşünü paylaşıb. Onun fotolarını görənlər gözlərinə inanmayıb. Fit forması ilə diqqət çəkən məşhur adı bəzi sosial media istifadəçiləri "tanıya bilmədim" kimi şərhlər edib.