Çindən ABŞ-a: "Sakit okean adaları heç bir ölkənin həyəti deyil"


ABŞ dövlət katibi Entoni Blinkenin Tonqa Krallığına səfəri zamanı Çinin davranışını “problemli” adlandırmasına Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq cavab verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, çinli diplomat "Sakit okean adaları heç bir ölkənin arxa bağçası deyil" - bəyanatını verib.

Gündəlik mətbuat konfransında danışan sözçüsü Mao, Blinkenin Tonqa Krallığına səfəri zamanı Sakit okean bölgəsi ilə əlaqədar olaraq, "Çinin bölgədəki əlaqəsi artdıqca bizim nöqteyi-nəzərimizdən bəzi problemli davranışlarda artım oldu" sözlərini cavablandırıb. Mao, "Sakit okean adaları heç bir ölkənin şəxsi həyəti deyil. Ümid edirik ki, ABŞ Sakit Okean adalarının inkişafında səmimi yardım edəcək və bu ölkələrə öz inkişaf və sabitlik məqsədlərinə çatmaqda kömək edəcək" - deyə bildirib.

Blinkenin bölgədə yaxşı idarəçiliyə xələl gətirərək və korrupsiyanı qızışdırmaqla bəzi soyğunçu iqtisadi fəaliyyət və investisiyaların arxasında Çinin dayandığına dair dikirlərini şərh edən diplomat deyib: "Çin təsir və ya sözdə geostrateji mövcudluq və ya təsir dairəsi yaratmaq üçün heç bir iş görmür. Onun heç bir ölkə ilə rəqabət aparmaq fikri yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu