ABŞ Yəməndə iranpərəst husilərə raket zərbələri endirib


ABŞ Yəməndə iranpərəst husilərin istifadə etdiyi iddia edilən raket sistemlərinə qarşı yeni hücumlar həyata keçirib.



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son günlər Qırmızı dənizdəki hərəkətləri ilə gündəmə gələn qrupa qarşı hücum edildiyini açıqlayıb.

Açıqlamada vurulan raketlərin bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər üçün ciddi təhlükə yaratdığı bildirilib və raketlərin hər an buraxıla biləcəyinə diqqət çəkilib.

Bəyanatda qeyd edilir ki, hücumlar husilərin Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzində beynəlxalq və ticarət gəmiçiliyinə hücumlarını davam etdirmək qabiliyyətini zəiflədəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu