Bu komanda Azərbaycan Premyer Liqasını tərk edəcək


Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib.


"Report"un məlumatına görə, "Qəbələ" elita ilə vidalaşmalı olacaq.

XXXII turda evdə "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "qırmızı-qaralar"ın çempionatda sonuncu – onuncu olacağı dəqiqləşib. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Martins Junior vurub.

"Kəpəz" sona dörd tur qalmış xallarının sayını 34-ə çatdırıb və hələlik 8-ci pilləyə yüksəlib. "Qəbələ"nin 17 xalı var.

Qeyd edək ki, XXXII turun "Neftçi" - "Turan Tovuz" və "Sumqayıt" - "Qarabağ" matçları bu gün keçiriləcək. Tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu