"Meta"nın direktoru haqda məhkəmə qərarı qüvvədə saxlanıb
Rusiya Hərbi Apellyasiya Məhkəməsi “Meta Platforms” şirkətinin kommunikasiyalar üzrə direktoru Endi Stounun terrorizmə açıq çağırışlara görə qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarın qanuniliyini təsdiqləyib.
AFN.az-ın xəbərinə görə, bu barədə TASS məlumat verib.
Məhkəmədə elan edilən qərarda deyilir: “Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qanuni və əsaslı hesab edərək Stounun müdafiə tərəfinin şikayətini təmin etməyib”.