Avropa İttifaqının təhlükəsizliklə bağlı öz planına ehtiyacı var - Donald Tusk


Avropa İttifaqının (Aİ) Ukrayna və regional təhlükəsizliklə bağlı öz planına ehtiyacı var, əks halda Avropanın taleyini kənardan başqa ölkələr həll edəcək.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk X sosial şəbəkəsində bildirib.

Siyasətçi qeyd edib ki, Avropanın taleyini təyin edəcək şəxslər bunu heç də Avropa ölkələrinin maraqlarına uyğun etməyəcəklər. O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı öz təhlükəsizliyi üçün indidən plan hazırlamağa başlamalıdır. "Avropa İttifaqının boş yerə sərf etməyə vaxtı yoxdur” - deyə baş nazir bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski də Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı vahid Avropa ordusunun yaradılmasına çağırıb. O bildirib ki, Ukrayna qoşunları Aİ Silahlı Qüvvələrinin əsasına çevrilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu