Hörmüz boğazında artan gərginlik neftin qiymətini 100 dolların üzərinə qaldırıb



İranın ABŞ rəhbərliyinin açıqladığı atəşkəs qərarından sonra Hörmüz boğazının təhlükəsizliyini pozduqları əsası ilə iki xarici gəmiyə müdaxilə etməsi xəbərləri neft qiymətlərini yenidən 100 dollar səviyyəsinə yüksəldib.

AFN.az xəbər verir ki, "Brent" markalı neftin bir barelinin fyuçers qiyməti bu gün saat 16:49-a olan məlumata görə, bağlanışla müqayisədə 2 faiz artaraq 100,48 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas (WTI) tipli xam neftin bareli 91,56 dollardan alıcı tapıb.

Atəşkəsin qorunacağına dair gözləntilər qiymətlərdəki artımı məhdudlaşdırsa da, sahədəki gərginlik və ziddiyyətli bəyanatlar neft bazarlarında qeyri-sabitliyi artıraraq qiymətlərin yenidən 100 dollar həddinə çatmasına səbəb olub. Bazar iştirakçıları Hörmüz boğazındakı gəmi hərəkətliliyini və SEPAH-ın müdaxilələrini yaxından izləyir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu