Maykl Ceksonun ölümü ilə bağlı yeni versiya açıqlanıb



Amerikalı müğənni Maykl Cekson müalicə həkimi qısa müddətə otaqdan çıxdığı vaxt dərmanlarının dozasını müstəqil şəkildə artıra bilərdi.

AFN.az xəbər verir ki, ifaçının ölümü ilə bağlı yeni versiyanı öz araşdırmasına istinadən "RadarOnline" nəşri irəli sürüb.

Nəşrin versiyasına görə, müğənninin vəziyyətinə xroniki ağrılar, maliyyə problemləri səbəbindən yaranan təşviş və qarşıdan gələn tura hazırlıq təsir edə bilərdi.

Nəşr məhkəmə-tibbi ekspert Siril Vehtdən sitat gətirərək, "Maykl narkotik vasitələrdən istifadə edərək öz ölümünə şərait yaradıb. O, qəbul etdiyi bütün preparatların fəsadlarını və risklərini bilirdi" deyə qeyd edib.

Bununla belə, Ceksonun rəsmi müalicə həkimi Konrad Mürrey ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək cəzasını çəkib. Lakin o, öz günahını inkar etməkdə davam edir.

Daha əvvəl Britaniyanın "Wonderhood Studios" studiyası Maykl Ceksonun uşaqlarla dostluq haqqında sözlərini yayımlamışdı. Həmin qeydlərdə Cekson iddia edir ki, uşaqlar onun şəxsiyyətinə özləri vurulurdular.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu