İranla danışıqlarda ABŞ-ı Maykl Anton təmsil edəcək


ABŞ Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Antonu İranla ekspertlər səviyyəsində texniki məsləhətləşmələr aparmaq üçün ABŞ nümayəndə heyətinə rəhbərlik etməyə təyin edilib.


AFN.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, məsləhətləşmələrin birinci raundu gələn həftəsonu baş tutacaq.

"Antonun təcrübəsini və intellektini nəzərə alsaq, bu işə ideal şəkildə uyğundur. Ən əsası, o, prezident Trampın bu məsələ ilə bağlı qarşıya qoyduğu məqsədlərin yerinə yetirilməsini təmin edəcək", - deyə nəşr ABŞ hökumət nümayəndəsinin sözlərini sitat gətirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu