Rusiya və ABŞ danışıqları aprelin 10-da İstanbulda keçiriləcək

Aprelin 10-da İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr gözlənilir.
AFN.az xəbər verir ki, bu barədə mənbəyə istinadən TASS məlumat yayıb.
"Hədəf tarix aprelin 10-dur" - deyə deyə agentliyin mənbəsi müvafiq suala cavabında bildirib.
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Rusiya və ABŞ arasında İstanbulda keçiriləcək məsləhətləşmələrin ikinci raundunda Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, amerikalı nümayəndə heyətinə isə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edəcək.