Darçiyev Rusiyanın Vaşinqtondakı yeni səfiri təyin edilib


İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Aleksandr Darçiyev Rusiyanın Vaşinqtondakı yeni səfiritəyin edilib.



Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlar zamanı Darçiyevin adı Amerika nümayəndə heyətinə bildirilib. ABŞ da Darçiyevə yaşıl işıq yandırıb.

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun ABŞ-a təyin etdikləri səfirə razılıq verdiyini açıqlayıb.

Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, dünən İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında ikitərəfli münasibətlərin normallaşdırılması çərçivəsində səfirlik fəaliyyətləri ilə bağlı görüş keçirilib.

Görüş zamanı Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevin Rusiyanın Vaşinqtondakı səfiri təyin edilməsi ilə bağlı təklif ABŞ tərəfinə təhvil verib. Darçiyev ən qısa zamanda Vaşinqtona gedəcək.

İki ölkə arasında Rusiya-Ukrayna müharibəsi ilə artan gərginlik diplomatik nümayəndəliklərin vəziyyətində də özünü göstərib.

Oktyabr ayından bəri Rusiyanın Vaşinqtondakı səfiri vəzifəsinə heç kim təyin edilməyib.

İstanbulda keçirilən toplantıda bu məsələ ilə bağlı konkret addımların atılması müəyyən edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu