Yeni avro banknotları 2030-cu illərdə dövriyyəyə buraxılacaq



Avropa Mərkəzi Bankı yeni avro banknotlarının dizaynı üzərində işlərin davam etdiyini və yeni seriyanın 2030-cu illərin əvvəlindən etibarən mərhələli şəkildə dövriyyəyə buraxılacağını açıqlayıb.

AFN.az xəbər verir ki, Avropa Mərkəzi Bankının açıqlamasında yekun dizayn konsepsiyası ilə bağlı qərarın bu ilin sonunadək qəbul edilməsinin gözlənildiyi bildirilib.

Yekun dizayn müəyyənləşdirilərkən 23 iyul-21 sentyabr 2026-cı il tarixlərində keçirilən və təxminən 10 milyon nəfərin iştirak etdiyi ictimai sorğunun nəticələri nəzərə alınacaq.

Sorğuda iştirak edənlərin üçdə ikisini 35 yaşdan aşağı şəxslər təşkil edib.

ECB sədri Kristin Laqard mövzu ilə bağlı qiymətləndirməsində bu yüksək iştirakın avropalıların gələcəkdə istifadə edəcəkləri banknotlara marağını göstərdiyini bildirib.

Dizayn üçün Avropa mədəniyyəti və Çaylar və quşlar olmaqla iki əsas mövzu üzrə 10 fərqli təklif səsverməyə çıxarılıb.

Avropa mədəniyyəti mövzusunda Lüdviq van Bethoven və Mari Küri kimi şəxslər ön plana çıxarılıb. Çaylar və quşlar mövzusunda isə təbiət ekosistemi və Avropa İttifaqı institutları əks etdirilir.

Yeni nəsil avro banknotları saxtalaşdırmanı çətinləşdirəcək qabaqcıl təhlükəsizlik xüsusiyyətləri ilə təchiz ediləcək.

Yeni banknotların istehsalında ətraf mühitə vurulan zərərin azaldılması, banknotların istifadə müddətinin uzadılması və görmə məhdudiyyətli şəxslər üçün əlçatanlığın artırılması hədəflənir.

Mövcud avro banknotları yeni seriyalarla yanaşı etibarlılığını qoruyacaq. Avro hazırda Avropa İttifaqının 21 ölkəsində təxminən 358 milyon insan tərəfindən vahid valyuta kimi istifadə olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu