"Cavanşir Feyziyev əmim oğludur"- Gülyazdan obyekt açıqlaması
Xalq artisti Gülyaz Məmmədova deputat Cavanşir Feyziyevin sabiq həmkarı Hüseyn Abdullayevdən aldığı obyektin onun adına sənədləşdirilməsinə münasibət bildirib.
O, “Qafqazinfo”ya açıqlamasında xəbəri təsdiqləyərək hadisənin uzun illər əvvəl baş verdiyini bildirib.
Xalq artisti qeyd edib ki, C. Feyziyev onun əmisi oğludur:
“Sizdən bir ricam var, bu söhbəti çox qabartmayaq. İllər əvvəl olmuş bir söhbətdir. Hamı obyekt, əmlak ala bilər. Birincisi, mənim Hüseyn Abdullayevlə heç bir bağlılığım yoxdur. İkincisi də, Cavanşir Feyziyev əmim oğludur, qohumumdur. Bu məsələni böyütməyə dəyməz. Bir məlumatı yazırlar, başqası da uzadır, böyüdür. Lazım deyil, köhnə söhbətdir. Belə söhbətləri ağartmağa dəyməz”.