Rus hərbi ekspertlə müsahibə: “Rusiya Türkiyə ilə savaşa girsə, məğlub olacaq”
Qəfildən Haftarın köməyinə gələn MiG-29-lar kimindir və ya Türkiyə-Rusiya Liviyada açıq şəkildə qarşıdurmaya başlasa, onda Moskva qələbəyə bel bağlamasın.
Qaynarinfo bildirir ki, bu sözlər aviasiya mütəxəssisi Vadim Lukaşeviçin Rosbalt.ru-ya müsahibəsində yer alıb.
Həmin materialı təqdim edirik:
ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığı (AFRICOM) Rusiyanı Liviya Milli Ordusunun (LAA) Xəlifə Haftarın tərəfində vuruşan qoşunlarını dəstəkləmək üçün MiQ-29 qırıcılarını Liviyaya göndərməkdə günahlandırıb.
Amerikalılar hərbi təyyarələrin Rusiyaya aid olğunu gizlətmək üçün kamuflyaj şəklində Suriyadan keçdiyini iddia edirlər. AFRICOM hesab edir ki, Rusiya aviasiyası VLA-nın tərəfində olan Vaqner PMC adlandırılan bölmələr üçün birbaşa aviasiya dəstəyinə görə lazımdır, baxmayaraq ki, Rusiya hakimiyyəti bu təşkilatlara dəstəyini rədd edir və Liviyadakı "MiQ”lər barədə məlumatların yalan olduğunu bildirir.
Ancaq AFRICOM komandiri general Stiven Taunsend Rusiyanın artıq davam edən Liviya münaqişəsinə qarışmasını inkar edə bilməyəcəyini deyib. ABŞ komandanlığı MiQ-lərin peyda olduğu Liviyanın Əl-Cufra aviabazasındakı fotoşəkilləri yayımladı. Eyni zamanda, Rusiyanın "Liviya xalqı üçün yaxşılıqda maraqlı olmadığını, əksinə öz strateji hədəflərinə çatmaq üçün çalışdığı" da bildirilir.
Qeyd etmək lazımdır ki, naməlum təyyarələr və helikopterlər, o cümlədən MiQ-29-ların (bu qırıcı, onlarla ölkənin xidmətində var) Liviyada Haftara kömək etməyə başlaması xəbərləri bir neçə gün əvvəl İnternetdə görünməyə başladı. Xüsusilə, onların Belarus təyyarəsi ola biləcəyi ilə bağlı versiyanı müzakirə etdilər və həmçinin MiQ-lərin Liviya sahillərində Türk gəmilərinə hücumu haqqında məlumat verdilər (Ankara Haftar əleyhdarlarının – Faiz Saracın başçılıq etdiyi Liviya Razılıq Hökumətinin (PNS) tərəfindədir).
Bəs bu qırıcılar kimindir? Bu sualla "Rosbalt”ın şərhçisi aviasiya mütəxəssisi və dizayn bürosunun keçmiş dizayneri Vadim Lukaşeviçin fikrini öyrənib və o təyyarələrin Liviyadakı hərbi əməliyyatların gedişatını dəyişdirə bilib-bilməcəyini izah etməyi xahiş edib.
Haftar Şoyqu ilə Lavrov arasına kölgə saldı
- Liviyada peyda olan MiQ-lərin kimin olmasıyla bağlı ən ekzotik fərziyyələr irəli sürülür. Məsələn, deyirlər ki, bu, Serbiya pilotlarının idarə etdiyi Belarus təyyarələri ola bilər. Bu haqda nə düşünürsünz?
- Belə fikirlər var ki, indi Rusiya bu bölgədə çox ciddi bir hərbi qüvvə olan Türkiyə ilə birbaşa qarşıdurmadan qaçır. Suriyanın şimalında fevral-mart hadisələri göstərdi ki, Türkiyə ordusu çox təsirli döyüş vasitələrindən - döyüş dronlarının yönəldilmiş kütləvi hücumundan istifadə edən əsil hərbi maşındır və buna qarşı durmaq çətindir.
Bu dronlar bizim Liviyadakı "Panzir” hava hücumundan müdafiə raket sistemlərimizə ağır zərbələr endirdi, onları sadəcə sıradan çıxardı. Buna hazır deyildik. Suriyada hava hücumundan müdafiə sisteminə sahib olmayan bədbəxt insanları bombalamaq bir şeydir, amma ciddi bir düşmən ortaya çıxdıqda, bütün təmtəraqlı ifadələrin faydasız olduğu ortaya çıxır. Belə çıxır ki, Rusiya indi Türkiyə ilə açıq savaşa girə bilməz.
Bu, Mi-24 helikopterləri və MiQ-29 təyyarələrinin Liviyaya Belarusiyadan gəlməsi və Serb muzdluların pilot olaraq alınması fərziyyəsinə səbəb oldu. Bu izahata etibar etmək olar ya yox, amma yenə də etiraf edirəm ki, orada bizim "tərxis olunan" və "istirahətə buraxılanlar”dan ibarət rus qruplarımız var.
"Panzir”lərin və Rusiyanın sarsılan nüfuzu
Ancaq bu, çox mürəkkəb bir texnikadır və bu vertolyotların, qırıcı təyyarələrin hansısa real nəticə göstərmələri üçün ekipajlar digər bacarıqlara sahib olmalıdırlar. Unutmayaq ki, həm Koreya, həm Vyetnam, həm də Ərəb-İsrail müharibələri zamanı tez-tez Sovet döyüş maşınlarının sükanını bizim pilotlar idarə etmişdilər. Məsələn, Vyetnam müharibəsi zamanı SSRİ onsuz da yaxşı vyetnamlı pilotlar hazırlamış olsa da, çox vaxt təyyarə kabinələrində sovet pilotları olurdular.
Buna görə də, Serbiya ekipajlarının bu təyyarələrdə olması, son illərdə Serbiyanın bu cür qarşıdurmalarda və hər hansı ciddi təlimlərdə iştirak etməməsini nəzərə alsaq, bu fərziyyənin dezinformasiya olduğunu deyə bilərik.
- Belarusiyanın Liviyaya təyyarələr göndərməsi versiyası nə dərəcədə realdır? Ümumiyyətlə, bu mümkündürmü?
- Batka nəyin xətrinə ora müdaxilə etməlidir ki? Ona görə ki, Minsk Liviyadakı münaqişəyə qarışır və hətta beynəlxalq ictimaiyyətin tanımadığı üsyankar generalın tərəfindədir? Niyə bu Belarus olsun? Belarus bu işə qarışmayıb axı. Hələ onu demirəm ki, Lukaşenko bizimlə neft tədarükü məsləsində elə qarşıdurmaya girdi ki, vəziyyətdən Avropa və elə həmin ərəb ölkələrindən yanacaq alaraq çıxır.
Belarusiyanın Rusiya ilə ittifaqı alınmadı, Lukaşenko öz ərazisində rus hərbi bazalarını yerləşdirmək istəmir, çünki Ukraynanın təcrübəsi ona bu işin edilməməsinin daha yaxşı olduğunu söyləyir. Belarus prezidenti ağlı başında olan insandır və onun belə bir sərgüzəştdə iştirak etməsi ehtimalı azdır.
- PNS nümayəndələri daha əvvəl MiQ-lərin Suriyadakı Rusiya Hmeymim hərbi bazasından Haftarın köməyinə köçürüldüyünü bildirmişdilər. Bu barədə nə düşünürsünüz?
Pandemiyadan sonra müharibə necə olacaq
- Demək çətindir. Orada müəyyən bir texnika var. O texnikanın Suriyada nə işi var? Əsasən "yerdə” işləyirlər. Oradakı əsas hava qüvvələri Su-24 ön xətt bombardmançıları və ya Su-25 hücum təyyarələridir. Orada çoxfunksiyalı təyyarələr də ola bilər, ancaq minimal həddə. Orada "göy-göy” missiyaları üçün işləyən aviasiya saxlamağın mənası yoxdur, çünki döyüşdüyümüz hərbçilərin aviasiyası nəzərdə tutulmur.
- Bəs həmin "Panzir”lər Liviyaya haradan gəlib? Belə bir versiya var ki, onları Haftara Birləşmiş Ərəb Əmirlikləri verib.
- Bəli, amma bu kimi suallara cavab verə bilmək üçün müxtəlif mozaika parçaları arasından böyük mənzərəni bir araya gətirməyə çalışmalıyıq. Əgər "Panzir" BƏƏ-dən gəlibsə və ekipajlar da onlarındırsa, onda niyə Rusiya Federasiyası Müdafiə Nazirliyinin yeganə "Skalpel” aviasiya xəstəxanası "Xmeimim", Liviya və Rusiya arasında var-gəl eləyir? Yoxsa o, ərəbləri Liviyadan Rusiyaya daşıyır?
- Liviyada gözlənilmədən görünən güclü hərbi aviasiya vəziyyəti Haftarın lehinə dəyişə bilərmi?
- Orada indi əsas oyunçulardan biri Türkiyədir. Bəs Türkiyəyə qarşı on qırıcımız nə deməkdir? Haftar elə bu yaxınlarda düz 6 ədəd "Panzir” itirdi...
Suriyadakı hərbi əməliyyatları müzakirə edəsi olsaq, orada türklər hava hücumundan müdafiə işimizi təsirsiz hala gətirdilər. Çünki, məsələn, mən bir milyon dollar dəyərində olan bombardmançı təyyarəni bir raketlə vururamsa, demək, mən qazanıram. Başqa sözlə, müdafiə vasitəsi hücum edən vasitədən daha ucuz olmalıdır. Əgər 20-50 min dollarlıq bir pilotsuz təyyarə 12 milyon dollarlıq "Panzir"i məhv edərsə, bu, "Panzir"in səmərəsiz bir silah olduğunu göstərir.
Kreml simasını qoruyur, amma mövqe itirir
Türkiyə özünün zərbə dronları ilə hər şeyin iç üzünü açdı. İndi dünyanın bütün hərbi akademiyaları dronların kütləvi istifadəsində türklərin təcrübəsini öyrənir.
Sualınıza cavab verərək deyə bilərəm ki, əgər Türkiyə Liviyadakı müharibədə fəal iştirak etsə, bu təyyarələr hərbi gedişatı dəyişə bilməyəcək.
- Bəs sizin fikrinizcə, bizim, ümumiyyətlə, Liviyada nə itimiz azıb?
- Düşünürəm ki, birinci səbəb odur ki, 2011-ci ildə bizdən Liviya işlərinə qarışmamaq istəniləndən sonra Müəmmər Qəddafini tərk etməyimiz Kremldə müəyyən bir kompleks olaraq qalıb. Rusiya oradakı bütün ticarət müqavilələrini itirdi, orda bizə yaxşıca atdılar. İndi də Liviyadakı maraqlarımızı bərpa edəcəyinə ümid edərək bu üsyankar general Haftarı işə saldıq.
Mənə elə gəlir, ikinci səbəb isə budur: Moskva Şimali Afrikada müəyyən bir gərginlik ocağı saxlamağa çalışır ki, oradan Avropa Birliyinə qaçqın axını zəifləməsin.