Paşinyanın diplomatik pasportu oğurlanıb


Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu oğurlanıb.



Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan "Armenpress" agentliyinə bildirib.

Hökumət binasından ümumilikdə 14 diplomatik pasport oğurlanıb, onların hamısı etibarsız hesab edilib.

"Bu pasportlar arasında baş nazirin də diplomatik pasportu vardı", - Naqdalyan deyib.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri Dağlıq Qarabağda atəşin dayandırılması haqqında birgə bəyanat qəbul ediblər.

Bəyanatın elan olunmasından sonra Ermənistanda kütləvi iğtişaşlar baş verib. Minlərlə insan hökumət binalarına soxularaq talanlar, dağıntılar törədib. Sözügüdən pasportlar da ixtişaşlar zamanı oğurlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu