I vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək


Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək.


Bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Pasportlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əskini tapıb.

Qanuna əsasən, XİN tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport veriləcək. Həmçinin, xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.

Eyni zamanda qanuna görə, Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu