Diplomatik mənbə: Rusiyanın baş naziri İrəvanda səfərdədir


Bu gün Rusiyanın hökumət təyyarəsi Ermənistana uçuş edib.



"Report"un məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfərinin məqsədi Avrasiya İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıqdır.

Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın Baş Naziri Mixail Mişustin də var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu