Ermənistanda kütləvi istefalar başlayıb


Ermənistan xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib.

“Report” “Aysor”a istinadən bildirir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, A.Qalaçyan mayın 27-də istefa ərizəsini yazıb.

Bu açıqlamadan az sonra A.Naqdalyan özünün də tutduğu vəzifədən istefa verdiyini bildirib.

Mətbuat isə yazır ki, istefalar bununla məhdudlaşmayıb. Qeyd olunub ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginliyi azaltmaq üçün planını açıqlayandan sonra Xarici İşlər və Müdafiə nazirliklərində, hətta Milli Təhlükəsizlik Xidmətində kütləvi istefalar olub. Məlumata görə, Ermənistan xarici işlər nazirinin 4 müavini, habelə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan istefa ərizəsi yazıblar.

Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan da istefa verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu