Ermənistan XİN rəhbərinə birinci müavin təyin olundu


Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini təyin olunub.


Bununla bağlı ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan müvafiq qərar imzalayıb.

“Hraparak” qəzetinin yazdığına görə, Tiqran Seyranyan və Tiqran Mkrtçyan da XİN başçısının müavinləri təyin edilə bilər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan mayın 27-də istefa verib. Onun ardınca müavinləri – Qaqik Qalaçyan, Avet Adonts, Artok Apitonyan, Armen Qevondyan vəzifələrindən gediblər. Sonuncunun istefası qəbul olunmayıb. Hazırda o, müvəqqəti olaraq Ayvazyanı əvəz edir.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu