Putinin gedişi Rusiya ilə Ukrayna münasibətlərinə necə təsir edə bilər? - ŞƏRH


Luqansk vilayət administrasiyasının keçmiş başçısı Georgi Tuka "Qlavred” veb saytındakı materialında Vladimir Putinin Rusiya prezidenti vəzifəsindən gedəndən sonra Rusiya ilə Ukrayna arasındakı münasibətlərin inkişafına təsir etməyəcəyini bildirib və bunun səbəbini izah edib.



Qaynarinfo xəbər verir ki, onun fikrincə, Rusiyada tranzit başlayıb və artıq yuxarı eşalonlar Rusiya Federasiyasının növbəti prezidenti vəzifəsinə namizədlər uğrunda mübarizə aparırlar.

Tuka yazır ki, Ukraynada, Krımın itirilməsi və Donbasdakı müharibə ilə əlaqəli mənfiliklə bağlı bütün oxları Putinə yönəldənlər yanılır. Bu, belə deyil, Rusiya hökuməti heç də təkcə və göründüyü qədər Putin demək deyil, onun siyasətini davam etdirmək niyyətində olan onlarla yüksək səviyyəli şəxsdir. Belə ki, Putinin varisi də bu isteblişmentin təsiri altında olacaq.

Bu səbəbdən də Kremlin Ukrayna ilə bağlı siyasətində inqilabi dəyişikliklər gözləmək sadəlövhlükdür. Hətta Aleksey Navalnı prezident olsa belə, ki, Tuka bunu da istisna etmir. "Nəzəri olaraq Navalnı hakimiyyətə gələ bilər, çünki Putin və Navalnı eyni medalyonun ön və arxa tərəfidir", - o deyib.

Siyasətçi əlavə edib ki, Krımın Navalnının rəhbərliyi altında Ukraynaya qaytarılması variantı sadəcə bir nağıldır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu