Rusiyada koronavirusa yoluxanların sayı 2 milyona çatır


Rusiyada son bir gündə daha 20 985 nəfərə COVID-19 diaqnozu qoyulub.



AFN xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 991 998 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 34 387-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 501 083 nəfər sağalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu