ABŞ İsrailə 510 milyon dollar dəyərində sursat satışına razılıq verdi


ABŞ Dövlət Departamenti İsrailə 510 milyon dollar dəyərində sursat yönləndirmə paketi və əlaqəli dəstək avadanlıqlarının satışı üçün razılıq verib.



Satışla bağlı yazılı açıqlama ABŞ Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi (DSCA) tərəfindən yayılıb.



Açıqlamada DSCA-nın bu razılığı bu gün ABŞ Konqresinə təqdim etdiyi bildirilib.



İsrailin tələbi əsasında həyata keçiriləcək və ümumi dəyəri 510 milyon dollar olan satış çərçivəsində BLU-109 bombaları üçün 3 min 845 ədəd KMU-558B/BMK 82 bombaları üçün 3 min 280 ədəd KMU-572 F/B nömrəli Birgə Birbaşa Hücum Sursatı (JDAM) yönləndirmə dəstlərinin yer aldığı qeyd olunub.



Açıqlamada həmçinin bildirilib ki, dəqiq yönləndirmə sistemlərinə əlavə olaraq, satış paketinə ABŞ hökuməti və podratçı şirkətlər tərəfindən göstəriləcək mühəndislik, logistika və texniki dəstək xidmətləri də daxildir.



Açıqlamada bu satışın ABŞ-ın xarici siyasətini və milli təhlükəsizlik məqsədlərini dəstəklədiyi, İsrailin təhlükəsizliyinin gücləndirilməsinin ABŞ-ın maraqları baxımından həyati əhəmiyyət daşıdığı vurğulanıb.



Satışın İsrailin mövcud və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini artıracağı, eyni zamanda bu paket sayəsində İsrailin sərhədlərini, infrastrukturunu və yaşayış məntəqələrini müdafiə gücünün inkişaf edəcəyi qeyd olunub.



Eyni zamanda, bu satışın ABŞ qüvvələri ilə birgə fəaliyyət imkanlarını artıracağıİsrailin müdafiə modernizasiyasına Amerikanın dəstəyini əks etdirdiyi də bildirilib.



JDAM yönləndirmə dəstlərinin bir hissəsinin ABŞ hökumətinin ehtiyatlarından təmin edilə biləcəyi, bu satışın ABŞ-ın müdafiə hazırlığına mənfi təsir göstərməyəcəyi vurğulanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu