Amerikalılar “Qara cümə”də 9 milyard dollar xərcləyib


ABŞ-da “Qara cümə” endirim günündə, ölkədəki istehlakçılar onlayn alış-verişdə ötən ilin rekordunu yeniləyiblər.



Bu barədə AFN “Associated Press”ə istinadən xəbər verir.

ABŞ-ın 100 ən böyük pərakəndə satıcısından 80-də əməliyyatları izləyən “Adobe Analytics”in məlumatına görə, onlayn satışlar bir gün ərzində 9 milyard ABŞ dolların çatıb.

Keçən il bu rəqəm 7,4 milyard ABŞ dolları, 2018-ci ildə 6,2 milyard ABŞ dolları idi. Onlayn alış-verişə olan marağın artması bir çox ştatlarda pandemiya səbəbindən adi satış yerlərinin fəaliyyətində məhdudiyyətlərin olmasıdır.

Ən böyük tələb mobil cihazlar və müxtəlif məişət texnikasına olub. Əvvəlki illərlə müqayisədə alıcıların zinət əşyaları və ayaqqabılara marağı xeyli azalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu