Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 35%-dən çox azalıb


Bu il yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 21,001 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.



“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 % azdır.

Bu ilin ilk 10 ayında xarici ticarət dövriyyəsinin 12,234 milyard ABŞ dolları ixracın, 8,767 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,3 %, idxal isə 23,5 % azdır.

Son nəticədə xarici ticarətdə 3,466 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 35,4 % azdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu