11,2 milyard dollarlıq onlayn alış-veriş...


"Adobe Analytics"in məlumatına görə, ABŞ alıcıları Qara Cümə (Black Friday) günü təkcə online alış-verişdə 9,12 milyard dollar xərcləyiblər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, ötən illərlə müqayisədə rekord məbləğdir. Bununla belə, ölkənin bəzi yerlərində hava yağışlı olduğundan mağazalarda və ticarət mərkəzlərində izdiham həmişəkindən daha az olub.

Alış-verişdə daha bir rekordun bu gün yenilənəcəyi gözlənilir. Belə ki, Kiber Bazar ertəsi (Cyber Monday) adlandırılan hər il Qara Cümədən sonrakı ilk bazar ertəsi ABŞ-ın ən böyük onlayn alış-veriş günüdür. Yüksək inflyasiyadan təsirlənən insanlar endirim günlərini gözləyirlər. Ona görə də bu il Kiber Bazar ertəsi (Cyber Monday) günü xərcləmələrin rekord həddə - 11,2 milyard dollara çatacağı proqnozlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu