Rusiyalı teleaparıcı İtaliyada alış-veriş edib, qiymətlərdən narazı qalıb


Rusiyalı teleaparıcı Viktoriya Bonya İtaliyada alış-veriş edib və mövcud durumdan şikayətlənib.


O, bu haqda özünün İnstaqram səhifəsində yazıb. 43 yaşlı məşhur Milanda alış-veriş zamanı çəkdiyi videonu paylaşıb. Bildirib ki, paltar seçimində çətinlik çəkdiyi üçün az qala əsəbləri pozulmuşdu. Bonya qeyd edib ki, alış-veriş zamanı o, "Yves Saint Laurent" brendinin bir paltarını bəyənib, lakin qiyməti onu qane etməyib.

"Geyinməyə heç bir şey yoxdur" - deyə Bonya gileylənib.

Viktoriya Bonya imicini yeni dəyişdi və traibformasiyası ilə pərəstişkarlarını təəccübləndirib. Belə ki, məşhur abunəçilərin qarşısına ağ köynək, qara şort, həmçinin yenilənmiş saç düzümü ilə çıxıb. Pərəstişkarları Boninin yeni görünüşünə heyran olub və onu amerikalı aktrisa Ancelina Coli ilə müqayisə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu