Oğurladığı bank kartı alış-veriş etdiyi mağazanın sahibinin çıxdı


Belçikanın Lyej şəhərində bank kartı oğurlayan oğru kuryoz hadisə ilə üzləşib. Belə ki, həmin kartla mağazadan alış-veriş etmək istəyərkən obyektin sahibi debet kartının ona məxsus olduğunu anlayıb və oğrunu yaxalayıb.


Yerli mətbuatın məlumatına görə, şübhəli şəxs dükan sahibinin qapıları açıq qalan avtomobilindən pul kisəsini oğurlayıb.

Dükan sahibi oğurluğun fərqinə varmayıb, lakin ertəsi gün şübhəli ona məxsus debet kartı ilə mağazaya girib və alış-veriş etmək istəyib.

Kassadə olan mağaza sahibi kartın ona məxsus olduğunu və oğurlandığını biləndə şübhəli şəxsə heç nə demədən polisə xəbər verib.

Bunun üzərinə şübhəli qısa müddətdə yaxalanıb.

Həftə sonu nəzarətə alınan şübhəli Lyej prokurorluğuna sövq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu