“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi


“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbsinin detalları məlum olub.


Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu