ASCO-nun alyans tərəfdaşı CMS Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat ianə ayırıb


ASCO-nun alyans tərəfdaşı CMS Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat ianə ayırıb


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) alyans tərəfdaşı olan "Caspian Marine Services" (CMS) Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "Caspian Marine Services" tərəfindən 1 milyon manat məbləğində vəsait köçürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu