Təhsil Nazirliyindən “Son zəng” şənlikləri ilə bağlı valideyn və məzunlara ÇAĞIRIŞ


 Təhsil Nazirliyindən “Son zəng” şənlikləri ilə bağlı valideyn və məzunlara ÇAĞIRIŞ


Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

AFN xəbər verir ki, mövcud qərardan sonra ölkə ərazisində pandemiya ilə əlaqədar bütün kütləvi tədbirlər, o cümlədən “Son zəng” tədbirinin keçirilməsi nəzərdə tutulmur.

Orta məktəblərdə rəsmi olaraq “Son zəng” tədbirləri keçirilməsə də, bəzi məzunlar qrup halında birgə bayram şənlikləri keçirməyi planlaşdırır. Bu isə pandemiya dövründə müəyyən risk yaradır. Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik və “Son zəng”lə bağlı qrup halında şənliklərin keçirilməsi ilə bağlı münasibət öyrəndik.

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirdi ki, hazırda pandemiya dövrüdür və bu şəraitdə sanitariya-epidemioloji vəziyyətə uyğun tələblər nəzərə alınmalıdır: "Burada sosial məsafə, maskaların taxılması və qrup halında toplaşmamaq nəzərə alınmalıdır. Bu, hazırda dövrün əsas tələbidir.

Qrup halında şagirdlərin hər hansı tədbir keçirməsi qəbuledilməzdir. Nazirlik şagirdlərə “Son zəng” şənliklərini keçirməyi tövsiyə etmir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu