Erməni əsgər analarının tələbi yerinə yetirildi


Ermənistanda əsgər analarının övladlarının evə buraxılması ilə bağlı Müdafiə Nazirliyindən etdiyi tələblər qismən yerinə yetirilib.



Yeni təyin olunan müdafiə naziri Vaqarşak Arutyunyan övladlarının evə buraxılmasını tələb edən erməni əsgər analarını qəbul edib. Erməni əsgər anaları "biabırçı məğlub oldunuz, heç olmasa, oğlanlarımızı verin" israrlı tələblərindən sonra Arutyunyan Qarabağda "xidmət edən" əsgərlərin müvəqqəti evə buraxılması ilə bağlı göstəriş verib:

"Bu buraxılış məzuniyyət xarakteri daşıyır. Hər əsgərə on günlük məzuniyyət verəcəyik. Birdəfəlik təxris üçün bir qədər gözləməli olacaqsınız. Çünki çatışmazlıqlarımız çoxdur və bizə zaman verməyə borclusunuz. Kimin övladı sağdırsa, qayıdacaq".(modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu