Azərbaycanda partlayış: yaralılar var


Abşeron rayonunda partlayış baş verib.

AFN Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində səhər saatlarında fərdi yaşayış evində qəfil partlayış olub.

Hadisə nəticəsində evdə olan 1972-ci il təvəllüdlü Mehdiyeva Mətanət Məmməd qızı, 1993-cü il təvəllüdlü Mahmudova Ayşə Əbülfət qızı, 3 yaşlı Mahmudov Məhəmməd Zahiri oğlu və 4 yaşlı Mahmudova Nilay Zahiri qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu