Bakıda tanınmış şadlıq sarayında 38 yaşlı şəxs öldü


Bakıda şadlıq evində keçirilən toy mərasimi zamanı ölüm hadisəsi baş verib.



AFN.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Xətai rayonu, M.Hadi küçəsi 152-də yerləşən “Təbrik” şadlıq sarayında qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü T.Aslanov saat 21 radələrində şadlıq sarayında keçirilən məclisdə olarkən qəfil özünü pis hiss edib.

Dərhal təcili tibbi yardıma müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin müayinə zamanı 38 yaşlı şəxsin ürəktutmadan vəfat etməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu