"Səbail" səfərdə, "Qarabağ" evdə qələbə qazandı


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.



İlk oyun günündə iki qarşılaşma baş tutub.

Günün birinci matçında "Sumqayıt” doğma meydanda "Səbail”i qəbul edib. Qonaqlar bu görüşdə minimal hesabla qalib üstün olublar.

Günün digər oyununda son ölkə çempionu "Qarabağ” "Qəbələ”ni 3:1 hesabı ilə məğlub edib.

Bu komandalar arasındakı cavab görüşləri fevralın 6-da gerçəkləşəcək. 1/4 finalın digər iki matçı isə sabah baş tutacaq. "Keşlə” "Kəpəz”i, "Neftçi” isə "Zirə”ni qəbul edəcək. Bu duellərin cavab görüşləri isə fevralın 7-nə təyin olunub.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunlar
1 fevral

"Sumqayıt” – "Səbail” 0:1
Qol: A.Yunanov, 12.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov.
Sumqayıt. "Kapital Bank Arena”.

"Qarabağ” – "Qəbələ” 3:1
Qol: O.Kvabena, 55. M.Emreli, 72; 74 – C.Adeniyi, 88.
33-cü dəqiqədə U.Matiç penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu