“Qarabağ” 3 xalı 3 qolla qazandı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə “Səbail” “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Son çempion “Qarabağ” isə “Qəbələ” ilə qarşılaşıb. Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edib.
Tura sabah keçiriləcək “Sumqayıt” – “Zirə” və “Neftçi” – “Sabah” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
18-ci tur
2 mart
Səbail – Keşlə 1:1
Qol: P.Keşavarz, 75 – T.Axundov, 53.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov.
“ASCO Arena”, 16:00.
Qarabağ – Qəbələ 3:0
Qol: F.Ozobiç, 22; 34-pen. M.Emreli, 38.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
“Azersun Arena”, 18:15.