"Qarabağ" "Fənərbağça"nı geridə qoydu


"Qarabağ" "Fənərbağça"nı geridə qoydu


Avrokubokların dünən baş tutan təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqində dəyişiklər olub.



AFN-in AzxeberSport-a istinadən məlumatına görə, Çempionlar Liqasında "Sileksi" mübarizədən kənarlaşdıran Azərbaycanın ən yaxşı təmsilçisi "Qarabağ” reytinqdə irəliləyib.
Ağdam klubu Türkiyə təmsilçisi "Fənərbağça” ilə yerini dəyişərək, onu geridə qoyub. Qurban Qurbanovun yetirmələrinin son 5 mövsümün nəticəsinə əsasən hesabı 20,000-a çatıb. Təmsilçimiz hazırda "Feyenoord” (Niderland) və "Styaua” (Rumıniya) ilə 64-66-cı yerləri bölüşür.

Qeyd edək ki, siyahıda "Qəbələ” 177-187-ci pillərdə, "Neftçi” üçüncü "yüzlükdə qərarlaşıb. "Flaqman" 221-227-ci pillələrə şərikdir. Digər klublarımız isə "300-lük”dən kənarda qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu