Azərbaycan Gürcüstandan dondurulmuş ət idxalını kəskin artırıb


2020-ci ildə Azərbaycan Gürcüstandan 10,7 milyon ABŞ dolları dəyərində 2 500 ton dondurulmuş mal əti idxal edib.



Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, bu, illik müqayisədə 1 972 ton və yaxud 4,7 dəfə çoxdur.

Ötən il qonşu ölkədən Azərbaycana ümumi dəyəri 3,1 milyon ABŞ dolları olan 1 228,6 ton dondurulmuş balıq da ixrac olunub. 2019-cu illə müqayisədə qida məhsulunun həcmində 1 123,1 ton və ya 11,6 dəfə artım qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu