Azərbaycan Gürcüstanın əsas təkrar ixrac bazarıdır
Bu ilin fevral ayında Gürcüstandan 104,7 milyon ABŞ dolları dəyərində məhsul təkrar ixraca yönəldilib.
Bu barədə “Georgian Business Consulting” nəşri yazıb.
Məlumata görə, illik müqayisədə məhsulun dəyəri 54,8 % artıb.
Gürcüstanın təkrar ixrac üzrə üç əsas tərəfdaşı Azərbaycan (37,3 milyon ABŞ dolları), Ermənistan (17,3 milyon ABŞ dolları) və Özbəkistan (7,8 milyon ABŞ dolları) olub. Üç ölkənin Gürcüstanın ümumi təkrar ixracındakı payı 60 % təşkil edib.
Qonşu ölkədən ən çox təkrar icrac edilən məhsulların ilk üçlüyündə minik avtomobilləri (36,2 milyon ABŞ dolları), müalicə vasitələri (8,6 milyon ABŞ dolları) və mobil telefonlar (6,4 milyon ABŞ dolları) yer alıb.