Mövlud Çavuşoğlu Ceyhun Bayramovla Qarabağdakı son vəziyyəti müzakirə etdi


Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşüb.



Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında baş tutan görüşdə müzakirə olunan məsələlər məlum olub. Bu barədə Türkiyənin Xarici İşlər naziri "Twitter"də bildirib.
"Xarici İşlər naziri Ceyhun Bayramovla əməkdaşlıq imkanlarımızı və Qarabağdakı son vəziyyəti müzakirə etdik.
Azad edilən topraqlarda yenidənqurma və inkişafa dəstəyimiz davam edəcək", M.Çavuşoğlu qeyd edib.
Türkiyəli nazir bildirib ki, iki ölkə arasında yaxın zamanda şəxsiyyət vəsiqəsilə səyahətin başladılması da müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu