Azərbaycan və Türkiyə XİN başçıları Qazaxıstandakı vəziyyəti müzakirə ediblər


Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında keçirilən telefon danışığı barədə məlumat yayıb.


Məlumatda deyilir:

"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazirlər Qazaxıstanda mövcud olan vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.

Müzakirənin tam təfərrüatı hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu