Ceyhun Bayramov və Mövlud Çavuşoğlu üçtərəfli bəyanatların icrasını müzakirə edib


Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı barədə məlumat yayıb.


XİN-dən AFN.az-a bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.


Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu