Bidzina İvanişvili siyasətdən gedib


Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili ikinci dəfə siyasəti tərk edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, yaydığı açıq məktubda bildirib.

B.İvanişvili missiyasının başa çatdığını vurğulayıb.

Qeyd edək ki, milyarder B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu