Azərbaycanın XİN başçısı Fransanın dövlət katibini qəbul edib


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.



Bu barədə AFN-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tərəflər bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov həmsöhbətinə bölgədə sülh quruculuğu və yeni əməkdaşlıq imkanlarına dair Azərbaycan tərəfinin baxışları barədə məlumat verib.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu