Ceyhun Bayramov Moskvada Lavrovla görüşdü


Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun görüşü olub.


“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, MDB Xarici İşlər Nazirləri Şurasının (CFM) iclası çərçivəsində keçirilən görüşdə nazirlər Dağlıq Qarabağda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası prosesini müzakirə ediblər.

“Xarici əlaqələr qurumlarının rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli müqavilələrin icrası, xüsusən də Dağlıq Qarabağdakı humanitar problemlərin həlli, bölgədə iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı müzakirələr aparıblar”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu