İƏT baş katibi Vətən müharibəsi haqda: "Bütün müsəlman dünyasının qələbəsidir"


Torpaqların işğaldan azad edilməsi təkcə Azərbaycanın deyil, bütün müsəlman dünyasının qələbəsidir.


Bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, indi Qarabağda bərpa işləri aktualdır.

"Bizim səfərimizin məqsədi işğaldan azad edilmiş ərazilərdə rekonstruksiya işlərinin necə aparılmasını müzakirə etməkdir”, - deyə o, əlavə edib.

Baş katib qeyd edib ki, Ermənistan işğal müddətində Qarabağda dini abidələri, o cümlədən məscidləri dağıdıb.

"Biz irsin qorunması üçün əlavə addımların atılmasını zəruri hesab edirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu